MASALLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB RAFİL HÜSEYNOVUN TÜKLƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB RAFİL HÜSEYNOVUN TÜKLƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu 24 avqust 2016-cı il tarixdə Tüklə ərazisində, Ağsaqqallar klubunun həyətində keçirilmişdir.
Tüklə ərazisi Məmmədoba və Tiyaqani yaşayış məntəqələrini əhatə edir. Gözəl Talış meşələri, əsrarəngsiz yaşıllıqlar, dağlar bu yerlərin gözəlliyini birə beş artırır. Kəndə gələndə də, kənddən gedəndə də bu təəssüratla yaşadıq...Əhalisi dədə-babadan zəhmətkeş olub, torpaqla yaşayıb, torpaqla nəfəs almışlar. Belə ki, ərazinin 3856 nəfər əhalisi və 970 hektar torpaq sahəsi vardır. Həmçinin ərazidə 2 orta məktəb, 1 həkim məntəqəsi, 1 tibb məntəqəsi, 1 EATS və 1 poçt, 1 kitabxana və bir neçə xidmət obyektləri fəaliyyət göstərir.
Tüklə kəndi ərazisinin Ağsaqqallar klubunun həyətində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov açaraq, sakinləri salamladı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində, xüsusən Masallı rayonunda quruculuq və abadlıq işlərinin bir an belə dayanmamasından söhbət açdı, yeni tikililərdən və öndə olacaq yeni planlardan danışdı. Əlbəttə, təbii ki, görülən işlər göz qabağındadır, bu hamını sevindirir. Doğma Masallımızı daha gözəl, daha cazibədar görmək istəyirik...
Rayon rəhbəri sakinlərlə il ərzində iki dəfə görüşdüyünü, kənddəki bəzi problemlərin həll olunmasını, bəzilərinin isə müəyyən səbəblərdən qaldığını vurğulayıb, sözü sakinlərə verdi.
Cənab R. Hüseynov əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Ərazi sakinlərindən Malik Qurbanov, Tüklə məktəbinin direktoru Əlisultan Rəhmətov, Elxan İbadov, Rauf Əhədov və başqaları Masallı rayonunun rəhbərinə "Xoş gəlmisiniz, cənab Başçı!" dedilər, onlara diqqət və qayğıya görə minnətdarlıq etdilər. Çıxış edənlər son vaxtlar Masallı rayonunda və Tüklə kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, Masallı rayonunun rəhbərinə də minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
Kənd sakini Elxan İbadov kənddə çayçılığa keçəndən sonra payıbəlli torpaq sahiblərinin narahatlığını rayon rəhbərinə çatdırdı.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov kəndlərdə çayçılığın genişləndirilməsi ilə bağlı geniş və əhatəli nitqində bildirdi ki, iriləşdirilən torpaqlar həm də adamların məşğulluğunu, kəndin iqtisadiyyatını təmin edəcək, yeni iş yerlərinin açılmasına yönələcək... Bir sözlə, bu sizə xeyir verəcək.
-Yaxın keçmişdə kəndinizin əsas gəlir gətirən təsərrüfat sahəsi çayçılıq olub. Azərbaycan Prezidentinin aqrar sahənin inkişafı ilə bağlı islahatında çayçılığın inkişafı da mühüm yer tutur. Bildiyiniz kimi, rayonda 100 hektar sahədə çay əkilməsinə başlanılıb. Bundan başqa da bu sahənin inkişafı üçün proqram hazırlanıb. Sizin kənddə 200 hektar çay əkilsə, bu, 600 adamın iş yeri deməkdir. Burada çayçılıq qədər effektli təsərrüfat sahəsi ola bilməz. Bunu torpaqlarınızın strukturu təsdiqləyir. Çayçılığın sizin ərazidə də böyük şöhrəti olub. Bu qiymətli bitki gec məhsul versə, də dəyəri böyükdür. Dövlət çay əkini üçün sizlərə dəstək olacaq, subsidiyalar verəcək. Bu il yeni plantasiyaların salınmasına başlanacaq - deyə onu diqqət və qayğı ilə dinləyən sakinlərə Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov bildirdi.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı sözünə davam edərək qeyd etdi ki, bugünkü görüşümüzdə də söhbət təhsildən getdi. Düşünürəm ki, ərazidə təhsilə münasibət istənilən səviyyədə deyil. Valideynlər də, müəllimlər də bu sahəyə diqqət və qayğını artırmalıdırlar. Bir vaxtlar burada məktəblilərin istirahəti üçün düşərgə olub. Ərazimiz turizm üçün əlverişlidir. Ancaq bu sahədə çalışanlar ingilis dilini yaxşı bilməlidir. Buna görə də oxumaq lazımdır. Xüsusilə qızların təhsili önəmlidir. Maddiyyat hər şeyi həll etmir. Maraq lazımdır. Bu da yoxdur. Son illərdə ali məktəblərə az məzun qəbul olurdu. Bu il isə uğurlarımız çoxdur. Ali məktəblərə qızların daxil olması, yüksək bal qazananların sayının artması təqdirəlayiqdir. Məzunların bir çoxunun ölkənin aparıcı ali məktəblərinə daxil olması çox sevindiricidir. Məktəbinizin təmiri də plandadır. Siz isə məktəblərdəki çatışmazlıqların aradan qaldırılmasına nail olmaq üçün səy göstərməlisiniz...
Azyaşlıların nikah məsələsinə toxunan rayon rəhbəri bir daha bildirdi ki, ərazinizdə də belə faktlar olmaqdadır. Yetkinlik yoxdursa, cəmiyyətin sağlamlığı da yoxdur. Doğrudur son illərdə erkən nikaha daxil olanların sayı 40-50 faiz azalıb. Ancaq bu, 100 faiz olmalıdır. Çünki bu genefond məsələsidir. Odur ki, hamı övladlarının təhsili üçün narahat olmalıdır.
Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.


TƏQDİM OLUNAN FOTOLAR MASALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR.

 


MASALLI.
AZpress.AZ -ın
MASALLI müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !