Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə təbii qaz verilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə təbii qaz verilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Regionların sosial - iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq avqustun 25-də Masallı rayonunun Öncəqala və Hüseynhacılı kəndlərinə ilk dəfə təbii qaz verilib.
477 abonenti olan Öncəqala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 1455 metr müxtəlif diametrli polietilen və 37987 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
260 abonenti olan Hüseynhacılı kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 1491 metr müxtəlif diametrli polietilen və 20727 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Abonentlər sayğaclarla təmin olunublar.
Bu münasibətlə hər iki kənddə keçirilən açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov, Regional Qaz İstismarı İdarəsinin rəisi Rafael Novruzov əlamətdar hadisə münasibətilə sakinləri təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, son 4 ildə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun 40 yaşayış məntəqəsi qazlaşdırılıb və bu iş davam etməkdədir. Hazırda daha 11 kəndə qaz xətti çəkilir.
Kənd sakinləri əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial məsələlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

TƏQDİM OLUNAN FOTOLAR MASALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR.

 


MASALLI.
AZpress.AZ -ın
MASALLI müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !