Masallı rayonunda yeniyetmə və gənclər arasında Sən də, zərərli vərdişlərin qurbanı olma mövzusunda dəyirmi masa keçirilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunda yeniyetmə və gənclər arasında “Sən də, zərərli vərdişlərin qurbanı olma” mövzusunda dəyirmi masa keçirilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

26 avqust 2016-cı il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil şöbəsinin və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Sən də, zərərli vərdişlərin qurbanı olma” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat vermişdir. O, bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya və digər zərərli vərdişlər insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətləri itirirlər. C.Manafov bir daha bəşəriyyət üçün faciəyəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi İktay Mütəllimov, Rayon Mərkəzi Xəstəxanasını həkim-narkoloqu Nazim Rufullayev, Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov,Rüdakənar kənd tam orta məktəbinin müəllimi Ramazan Şükürov,Banbaşı kənd tam orta məktəbinin müəllimi Nemət Abdullayev və başqaları çıxış edərək bildirdilər ki, hazırkı mürəkkəb şəraitdə gənclərin narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə bütövlükdə nəinki cəmiyyətin, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə və bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə böyük ehtiyac vardır. Narkomaniya bütün dünyanın bəlasıdır. Narkomaniya bir xəstəlikdir. Bu xəstəliyin yaranmasının müəyyən səbəbləri vardır. Heç şübhəsiz ki, bu səbəblərin başında mənəvi boşluq gəlir. Bəli, bu xəstəliyin yaranma səbəblərindən ən önəmlisi mənəvi boşluqdur. Gənclərimizin dini və milli mənəvi dəyərlərimizdən uzaqlaşması çox acınacaqlı hal olaraq əsas məsələlərdən biridir. Bu gün gənclər təhsildən, dini dəyərlərimizin öyrənilməsindən çox əyləncəyə daha çox vaxt ayırırlar. Əyləncə də həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər. Bu vərdişlər inkişaf etdikcə narkotik vasitələrdən istifadəyə keçir. Narkotikadan cəmi bir dəfə istifadə etmək isə narkomaniyaya yol açmaq deməkdir. Gənclərin narkotik vasitələrə qurşanmasının qarşısını almaq üçün mütəmadi olaraq bu səpkidə olan maarifləndirici tədbirlərin keçirilməsinə zərurətin olduğu vurğulandı.
Tədbirin sonunda iştirakçılara bukletlər, balaca təqvimlər, paylanılmışdır

Təqdim olunan fotolar Masallı rayon Gənclər və İdman İdarəsinin, Oqtay Mütəllimovundur.

 


AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !