MİRAS İctimai Birliyi "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır - FOTO

MİRAS İctimai Birliyi "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır FOTO

29 avqust-3 sentyabr tarixlərində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçisi Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak edirlər.
Layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyaları və ictimai durumuna malik olan qadınların ev sənətkarlığı haqqında bilik və təcrübəsinin araşdırılması, həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrənilməsi, sahibkarlığın, turizm potensialının inkişafının tədqiqinə yönəlib.
Layihənin araşdırma mərhələsində hər üç kənddə 100 qadın arasında sorğu keçirilib, evlərdə qorunub saxlanan xalça və palaz məmulatı haqqında qeydlər aparılıb və fotoları çəkilib. Respondentlər onlara ünvanlanan sualları özünəməxsus şəkildə cavablandırıblar. Onlar kəndlərdə əvvəllər xalçaçılığın geniş yayıldığını bildiriblər. Lakin son 20 ildə bu sənət sahəsinin tənəzzül etdiyini qeyd ediblər, ənənənin getdikcə unudulduğunu bildiriblər. Qadınlar kəndlərdə əsas problemin su problemi olmasını, kənddə məscid və xəstəxananın olmamasını, qadınların xalçaçılıq, pambıqçılıq, üzümçülük və mal-qara ilə məşğul olmanın ailənin sosial durumu və rifahı üçün faydalı ola biləcəyini vurğulayıblar.
Layihənin sonrakı mərhələsində sorğular və müşahidələr təhlil edilib, ekspert qiymətləndirmələri aparılıb, təkliflər və tövsiyyələr hazırlanıb.
Təlim çərçivəsində hər üç kəndin qadınlarına ənənəvi və müasir xalça, palaz və toxuma üsulları öyrədiləcək. Boyaqçılığın və boyaq bitkilərinin kultivasiyası, yun emalı, iplik istehsalına həsr olunmuş praktik məşğələlər olacaq.
 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )