Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili layihəsi çərçivəsində Lənkəranda seminar keçirilmişdir - FOTO

“Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində Lənkəranda seminar keçirilmişdir FOTO

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda növbəti seminarını Lənkəran rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 30 sentyabr 2016-cı il tarixində Lənkəran şəhər Gənclər evində reallaşdırmışdır.
Seminarda 25 nəfərə yaxın sahibkar, bələdiyyə nümayəndələri və başqaları, dəvət olunmuş aidiyyatı qurumlardan İqtisadiyyat Nazirliyi Lənkəran regional bölməsidən Elvin Nəhmətli, Lənkəran Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Habil Sadiqov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi bölməsindən Ramin Quliyev, Lənkəran rayon Kənd Təsərrüfatı idarəsinin nümayəndəsi İlqar Həsənov, Lənkəran rayon Statistika idarəsinin baş məsləhətçisi Fariz Ağayev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə, layihənin donoru və təşkilat haqqında, daha sonra kənd təsərrüfatı mövzusuna giriş edərək bu sahədə Dövlət tərəfindən görülən işlər haqqında qısa məlumatları iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə iştirak edən Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mikayıl Cəfərzadə çıxışında təşkilat tərəfindən həyata keçirilən layihənin əhəmiyyətindən və tədbirin sahibkarlara verəcəyi töhfədən qısa olaraq məlumat verdi.
Layihə üzrə ekspert Lənkəran Dövlət Universitetin kafedra müdiri, Kənd Təsərrüfatı Elmləri Doktoru Balayar Şahbazov tərəfindən yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması, yerli istehsalın sosial problemlərin həllində rolu, ekoloji təmiz məhsulun alınması, ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin təşkili, Yerli istehsalın ölkəyə idxal olunan genetik modifikasiya olunmuş (GMO) məhsulun qarşısının alınmasında əhəmiyyəti barədə danışdı. Seminara dəvət olunan aidiyyəti Nazirlik və Komitə nümayəndəri tədbir iştirakçılarını maraqlandıran bir çox sualları cavablandırdı və dövlətin sahibkarlar üçün yaratdığı mövcud imkanlar və prespektivlərdən danışaraq iştirakçılar arasında fəal müzakirələr aparıldı.
İştirakçılardan sahibkarlar Adil Məmmədov, Şahüseyin Rəhimov, Səxayil Əzimov, Malik Nəzərov və digərləri arıçılıq, tərəvəzçilik, çəltikçilik, heyvandarlıqda mövcud vəziyyətlə problemləri dilə gətirib, təkliflər irəli sürdülər. Sahibkarlar aidiyyəti Nazirliklərin nümayəndələrinin tədbirdə iştirak fürsətindən istifadə edərək regionda süni şan sexinin yaradılmasını təklif edib, onun arıçılıq sahəsində faydalarından danışdılar. Geniş müzakirələrdən sonra layihədən ilkin stimullaşdırıcı dəstək alacaq şəxslərin müəyyən edilməsi üçün hazırlanan ərizə formaları iştirakçılar arasında paylanması ilə seminar yekunlaşdı.
Layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !