Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin Hədiyyə qısametrajlı bədii filminin nümayişi keçirildi -

Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçirildi

30 avqust tarixində Yarat Müasir İncəsənət Mərkəzində Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı bədii filminin nümayişi keçirildi. Yarat Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən Emin Əfəndiyev, xalq artisti Şamil Süleymanlı, aktyor Qorqud Cəfərli və bəstəkar Azər Əsgərov tamaşaçıların filmlə bağlı suallarını cavablandırdılar.

Qeyd edək ki, “Hədiyyə” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Hədiyyə” filminin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Şahin Həsənli, bədii rəhbəri Eldar Quliyev, bəstəkarı Azər Əsgərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Qorqud Cəfərli, İlahə Həsənova, Şamil Süleymanlı və digərləri canlandırırlar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !