Lənkəran teatrının kollektivinin ümumi yığıncağında yeni mövsümün vəzifələri müəyyənləşdirilib -

Lənkəran teatrının kollektivinin ümumi yığıncağında yeni mövsümün vəzifələri müəyyənləşdirilib

Lənkəran Dövlət Dram Teatrında yaradıcı və texniki işçilərin birgə iştirakı ilə yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov yeni mövsümdə kollektivin qarşısında duran vəzifələrdən danışıb. Qeyd olunub ki, ötən mövsüm teatr üçün uğurlu keçib. Kollektiv İranın paytaxtında keçirilən Beynəlxalq Fəcr Teatr Festivalında Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə Azərbaycanı layiqli təmsil edib. Cari ilin may ayının 4-5-də Gənc Tamaşaçılar Teatrının səhnəsində Lənkəran teatrının truppasının paytaxt tamaşaçıları qarşısında 2 səhnə əsəri ilə hesabat xarakterli çıxışı da yaddaqalandır.

Ötən mövsümdə teatrda Əli Əmirlinin “Köhnə ev” və Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşaları səhnəyə qoyululub. Yaxın günlərdə “Yuğ” teatrının baş rejissoru Gümrah Ömər M.F.Axundovun “Hacı Qara” , teatrın baş rejissoru Tural Mustafayev isə italyan dramaturqu L.Luidjinin “Yelləncəkdə üç nəfər” əsərlərinin məşqlərinə başlayacaqlar.

İclasda çıxış edən kollektiv üzvləri təklif və mülahizələrini dilə gətiriblər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !