Üç məkan II Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi barədə -

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalının keçirilməsi barədə

«Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət proqramı çərçivəsində 15-24 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri ilə birgə “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcəkdir.

Üç məkanı – Bakı, Şəki, Mingəçevir şəhərlərini əhatə edən festivalda Azərbaycandan Milli Akademik Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Kukla teatrının, Rusiyadan “Трикстер” Teatrının, Ukraynadan “Прекрасные цветы”, Gürcüstandan S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının, N.Dombadze adına Professional Dövlət Gənclər Teatrının, İrandan “Neqab” Teatrının, Birləşmiş Ərəb Əmirliyindən Dubay Bələdiyyə Teatrının, Türkiyədən İstanbul Bələdiyyəsi Şəhər Teatrının, Gəncə Dövlət Dram Teatrının, Şəki Dövlət Dram Teatrının çıxışları planlaşdırılmışdır.

Festival çərçivəsində Azərbaycan milli peşəkarlar teatrının 144-cü mövsümünün açılış mərasimi keçiriləcək, Şəki teatrının foyesində səyyar təsviri sənət sərgisi nümayiş olunacaqdır. Sentyabr ayının 16-da TÜRKSOY-a üzv ölkələrinin Teatr Rəhbərləri Şurasının 5-ci toplantısı keçiriləcəkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !