Lənkəran MDB-nin populyar turizm məkanlarının beşliyində -

Lənkəran MDB-nin populyar turizm məkanlarının beşliyində

RoomGuru.ru hotel axtarış servisi Rusiya vətəndaşlarının MDB ölkələrində istirahəti barədə məlumatları yekunlaşdırıb.

Reytinq cədvəli 2016-cı il iyunun 1-dən avqustun 31-dək mehmanxana və apartamentlər axtarışı və bronlanması barədə məlumatlara əsasən tərtib edilib. MDB-nin populyar turizm məkanlarının ilk beşliyinə Lənkəran da daxildir.

Servis bildirir ki, bu il yayda rusiyalıların MDB ölkələrinə səyahətlərinin sayı keçən ilin yayı ilə müqayisədə 10 faiz artıb, turistlərin səyahət xərcləri isə orta hesabla sutkada 3,6 min rubl (55 dollar) olub. Lənkərana orta hesabla bir həftəliyə gələn rusiyalı turistlər əsasən Sankt-Peterburqdan və Moskvadan olublar.

Yay səyahətləri üçün ən populyar MDB şəhərlərinin siyahısında birinci yerdə Minsk gedir.

Bu il yayda rusiyalıların səfərləri üçün ən populyar MDB şəhərlərinin ilk onluğuna Bakı da daxil olub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !