Opera və Balet Teatrı yeni mövsümdə ilk premyerasını təqdim etməyə hazirlaşır -

Opera və Balet Teatrı yeni mövsümdə ilk premyerasını təqdim etməyə hazirlaşır

Hər il Beynəlxalq Üz.Hacıbəyli musiqi festivalı çərçivəsində Opera və Balet Teatrında görkəmli dünya bəstəkarlarının yeni opera tamaşasının səhnəyə qoyulması artıq bir ənənə şəklini almışdır.

Bu il də ənənəsinə sadiq qalan Teatr VIII Beynəlxalq Üz.Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara sentyabrın 24-də Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim edəcəkdir. Opera konsert ifasında səhnəyə qoyulmuşdur.

"Bal-Maskarad" operasının premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutmuşdur. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılmışdır və 1772-ci ildə İsveç kralı III Qustavın müxalifətçi zadəganların nümayəndəsi qvardiya rəisi qraf Ankarstem tərəfindən əyləncə məclisində öldürülməsindən bəhs edir.

Verdinin ölməz musiqisi sayəsində operanın premyerası çox böyük uğur qazanmışdı. Operanın musiqisi melodiyaların canlılığı, gözəlliyi və zənginliyi ilə fərqlənirdi. Bəstəkar operada mahnı və rəqs janrından geniş istifadə etmişdi ki, bu da musiqiyə xüsusi ifadə verirdi. Verdinin ustalığı xüsusən də xor və ansambl səhnələrində özünü parlaq şəkildə büruzə verirdi.

"Bal-Maskarad" bu gün də dünyanın ən qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında "Bal-Maskarad" operasının premyera tamaşasında əsas partiyaları Belorusun Əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !