Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi səfərlərə hazırlaşır... - FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi səfərlərə hazırlaşır... FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni 89-cu teatr mövsümünün ilk premyeralarını (17 sentyabr “Tülkü, tülkü tünbəki” və 18 sentyabr “Qohumlar) təqdim etdikdən sonra cari ilin oktyabr-noyabr aylarında dörd Beynəlxalq Teatr Festivalında iştirak edəcəkdir.
Beləki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi oktyabr ayında RF-nın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında və Vilnus və Visaqinas (Litva) şəhərlərində keçiriləcək “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında iştirak etmək üçün dəvət almışdır.
Kollektiv cari ilin noyabr ayında isə Moldova Respublikasının Kişinyev şəhərində keçiriləcək “Moldfest.Rampa.Ru” VIII Beynəlxalq Teatr Festivalında, eləcə də RF-nın Kalmıkiya Respublikasında fəaliyyət göstərən Kalmık Milli Dram teatrında qastrol səfərində olacaqdır.
Oktyabrın 2-dən 7-ə dək Gənc Tamaşaçılar Teatrının kollektivi RF-nın Perm şəhərində II Beynəlxalq Martin MakDonax Teatr Festivalında Martin MakDonaxın “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə çıxış edəcəkdir. Qeyd edək ki, kollektiv 2 il öncə sözügedən festivalda müəllifin “Yalqız Qərb”tamaşası ilə çıxış edərək Festival Prezidentinin xüsusi prizinə layiq görülmüşdür.
Oktyabr ayının 11-dən 17-ə dək Vilnus və Visaqinas (Litva) şəhərlərində baş tutacaq “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında kollektiv S.Bekketin “Sössüz” Monotamaşası ilə çıxış edəcəkdir. Tamaşanın quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar Artist Şövqü Hüseynovdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !