Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz adlı layihənin icrası həyata keçirilir - FOTO

“Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihənin icrası həyata keçirilir FOTO

“Bakı Gənclər Klubu” İctimai birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə 01 iyul – 01 oktyabr 2016 – cı il tarixlərində “Qafqaz Albaniyası – əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz” adlı layihənin icrasını həyata keçirir.

 

Layihənin əsas məqsədi – gənclərin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizi təbliğ etmək və yerli əhalini bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir . Əldə etdiyimiz bütün bu qiymətli, maraqlı tarixi məlumatları əyani vəsaitlərdə çap etmək və gələcəkdə həmin nəşrləri məktəbli və tələbələr arasında yaymaq, həmçinin sərgilər təşkil etmək planlaşdırılır.

 

Layihə çərçivəsində müxtəlif regionlardan olan gənclərin iştirakı ilə respublikamızın şimal-qərb - Şəki, Qax, Qəbələ, Oğuz rayonlarına təşkil olunacaq yay tarixi düşərgəsinin açılış tədbiri Şəki şəhəri “Cənnət Bağı” istirahət mərkəzində keçirilmişdir. Tədbirin açılış mərasimində “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov öz nitqində Şəki rayon İcra Hakimiyyəti rəhbəri Elxan Usubova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmiş, layihənin məqsədi və gedişatı haqqında geniş məlumat vermişdir. Açılış nitqindən sonra Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Mirvari Zeynalova layihə iştirakçılarını salamlamış, “Bakı Gənclər Klubu” İctimai birliyinə tariximizlə bağlı belə layihənin keçirilməsinin səmərəsini, layihənin gənclər üçün vacib olduğunu vurğulamış və davamlı olmasını arzulamışdır. Tədbirin digər qonağı Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vuqar İskəndərov gənclərə Şəki şəhərinin nəinki Qafqaz Albanıyası ilə bağlı, həmçinin, Azərbaycan tarixi ilə bağlı gələcəkdə də digər layihələrin keçirilməsini məqsədə uyğun olduğunu qeyd etmiş və dövlət qurumlarının bu sahədə keçirilən layihələrə dəstəyini xüsusi vurğulamışdır. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !