Lənkəranda Vətənimdir Azərbaycan! adlı rəsm müsabiqəsi keçirilmişdir - FOTO

Lənkəranda “Vətənimdir Azərbaycan!” adlı rəsm müsabiqəsi keçirilmişdir FOTO

Lənkəran Dövlət Rəsm Qalereyası tərəfindən O. Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində “Vətənimdir Azərbaycan!” adlı vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə uşaq evində təhsil alan şagirdlər iştirak etmiş, vətənpərvərlik mövzusunda müxtəlif rəsmlər hazırlamışlar. Rəssamlığa həvəsi olan şagirdlərə qalereyanın əməkdaşları tərəfindən rəsmlərin çəkilmə qaydaları izah edilmişdir. Ən yaxşı rəsmlərin müəllifləri qalib elan edilmiş və onlara həvəsləndirici mükafatlar təqdim edilmişdir. Lənkəran Dövlət Qalereyası bu istiqamətdə tədbirlərini davam etdirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !