Lənkəranda Sülh - azadlıq, bərabərlik və ədalətdir mövzusunda tədbir keçirilib - FOTO

Lənkəranda “Sülh - azadlıq, bərabərlik və ədalətdir” mövzusunda tədbir keçirilib FOTO

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Beynəlxalq Sülh Günü” münasibətilə “Sülh - azadlıq, bərabərlik və ədalətdir” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov qeyd edib ki, 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur və bu əlamətdar gün münasibətilə dövlət qurumları, vətəndaş cəmiyyəti və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının müvafiq bəndlərində də “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədi ilə maarifləndirmə tədbirlərinin keçirilməsi” təsbit olunmuşdur. Bu məqsədlə ölkəmizdə hər il “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 21 avqustdan 21 sentyabr tarixinədək “Sülh aylığı” elan edilir və müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazovun “Sülh inkişafın əsas təməlidir” mövzusunda məruzəsi dinlənilib. O, çıxışında vurğulayıb ki, beynəlxalq vasitəçilərin apardıqları sülh danışıqlarının səmərə verməməsi regionda təhlükəsizliyin təminatına əngəl yaratmaqdadır. Natiq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş bir milyon qaçqın və məcburi köçkünlə görüşlərində bəyan etdiyi kimi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulan respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.
Tədbirdə Lənkəran rayonu Kənarmeşə kənd məscidi dini icmasının sədri və axundu Rafail İbrahimovun “İslamda sülhün dəyəri və mahiyyəti”, Q.Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru, yazıçı publisist Hafiz Mirzənin “Sülh və multikulturalizm”, Lənkəran rayonu Hirkan qəsəbə məscidinin axundu Ayaz Mirzəyevin “İslam dinində sülh və vəhdət” mövzularında çıxışları dinlənilib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !