Mingəçevirdə Tolerantlığın Azərbaycan modeli mövzusunda konfrans keçirilib - FOTO

Mingəçevirdə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib FOTO

Sentyabrın 8-də Mingəçevir şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Tolerantlığın Azərbaycan modeli” mövzusunda konfrans keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, dindarlar, eləcə də gənclər iştirak ediblər.
Konfransda Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq sektorunun müdiri Əli Məmmədov, DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev və başqaları çıxış edərək ölkəmizdə dinlərarası münasibətlərin yüksək səviyyədə olması, hər kəsin dini etiqad azadlığı təmin olunması, dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsindən bəhs ediblər. Natiqlər, həmçinin dövlət başçısının müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu diqqətə çatdırıblar.
Tədbirdə o da vurğulanıb ki, çoxkonfessiyalı respublika olmasına baxmayaraq, Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşamaqla bütün dünyaya tolerantlığın Azərbaycan modelini nümayiş etdirir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !