Bölgələrdə mütaliənin təbliği ilə bağlı tədbirlər davam edir - FOTO

Bölgələrdə mütaliənin təbliği ilə bağlı tədbirlər davam edir FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli Kitabxanası ilə birgə həyata keçirdiyi “Açıq kitabxana”, “Səyyar kitabxana” layihələri çərçivəsində bölgələrdə müxtəlif tədbirlər keçirilir. Mütaliənin təşviqinə yönələn tədbirlər sakinlər tərəfindən rəğbətlə qarşılanır.

 

Oğuz rayon Mərkəzi kitabxanasının həyətində Açıq kitabxana təşkil olunub. Tədbirdə müxtəlif mövzularda Azərbaycan, rus, ingilis dillərində kitablar, bukletlər, jurnallar nümayiş etdirilib. Oxucular şəxsi kitablarını kitabxanaya hədiyyə ediblər.
* * *


Qazax rayon MKS-nin 1 saylı şəhər filialı “Səyyar kitabxana” layihəsi çərçivəsində ahıllara kitabxana xidməti təşkil edib, onlara maraqlandıqları kitablar, bədii əsərlər qiraət olunub. Sakinlər göstərilən xidmətdən razılıqlarını bildiriblər.
* * *


Quba rayon MKS-nin Qəçrəş, Xınalıq, Təngəaltı, Rustov, Afurca, I Nügədi, II Nügədi kənd, həmçinin Zərdabi, Qonaqkənd qəsəbə kitabxana filialları tərəfindən avqustun 18-dən sentyabrın 4-dək “Soyuq bulaq”, “Nazlı bulaq”, “Layla körpü”, “Bakı”, “Çay qırağı”, “Çənlibel” və s. istirahət mərkəzlərində, xəstəxana, internat məktəbi və kitabxanaların qarşısında səyyar kitabxana xidməti təşkil olunub. Aksiyada oxuculara yüzlərlə bədii ədəbiyyat, qəzet və jurnallar təqdim edilib.
* * *


Qusar rayon MKS-nin Aşağı Ləyər, Mucuq, Əcəxur kənd kitabxana filialları səyyar kitabxana xidməti təşkil edib. Sakinlərə müxtəlif mövzulu ədəbiyyat, rayonun turizm imkanları haqqında nəşrlər təqdim edilib. Kiçikyaşlı kitab həvəskarları arasında şeir, yanıltmac, tapmacalar üzrə müsabiqələr təşkil edilib.
* * *


Şəmkir rayon MKS də Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşulub. Əhməd Cavad adına Mədəniyyət mərkəzinin qarşısında keçirilən tədbirdə MKS-nin direktoru S.Əmiraslanova tədbirin məqsəd və mahiyyətindən danışıb. Sonra kitab sərgisinə baxış olub.
* * *


Lənkəran MKS-nin Mərkəzi kitabxanasının həyətində təşkil olunan “Mütaliə günü”ndə kitabxanaya yeni daxil olmuş müxtəlif elm sahələrinə aid kitablar sərgilənib. Tədbir oxucuların marağına səbəb olub.
* * *


Siyəzən rayon MKS-nin 7 saylı Tuğay kənd filialında səyyar kitabxana xidməti göstərilib. Nümayiş olunan kitablar arasında kitabxanaya yeni daxil olan uşaq nəşrləri və bədii ədəbiyyat üstünlük təşkil edib. İştirakçılar xidməti razılıqla qarşılayıblar.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !