BİR Tələbə-könüllüləri Beynəlxalq xeyriyyə gününü kimsəsiz uşaqlarla keçirdi - FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

“BİR” Tələbə-könüllüləri Beynəlxalq xeyriyyə gününü kimsəsiz uşaqlarla keçirdi FOTO ( AZpress.AZ - Nəriman İsmayılov )

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-könüllü Proqramının üzvləri 5 Sentyabr Beynəlxalq xeyriyyə günündə uşaq evinin sakinlərini sevindirdilər. Şəki şəhəri Qarışıq tipli uşaq evini ziyarət edən tələbə-könüllülər balacalara hazırladıqları əl işlərini, kitablar və digər hədiyyələr təqdim etdilər. Uşaqlarla zaman keçirən tələbə-könüllülər onlar üçün müxtəlif oyunlar təşkil etdi, onların şeir və mahnılardan ibarət çıxışlarını dinlədilər, uşaqların üzündə təbəssüm yaratdılar.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2012-ci ildə elan edilən Xeyriyyə günü hər il 5 sentyabr tarixində qeyd olunur. Xeyriyyə Gününün əsas məqsədi fiziki şəxslər və təşkilatlar arasında xeyriyyəçilik fəaliyyəti üçün ümumi platforma yaratmaqdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “BİR” Tələbə-könüllü Proqramı mütəmadi olaraq könüllülük prinsiplərinə əsaslanan layihələr və təşəbbüslər həyata keçirir. Tələbələrin asudə vaxtlarının səmərəli edən, onların müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyacı olan şəxslərə köməklik göstərilməsində iştirak edən bu Proqram 6 müxtəlif istiqamətdə (Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf Et, Zövq Al) fəaliyyət göstərir. “BİR” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 Ali Təhsil müəssisəsini əhatə etməklə tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədi ilə yaradılan uzunmüdətli proqramdır. Bu günə kimi “BİR” Tələbə-könüllü Proqramının təmsilçiləri 35-dən artıq irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstərib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !