YARAT Müasir İncəsənət Mərkəzində Onun atası qısametrajlı bədii filminin nümayişi keçirildi - FOTO

YARAT Müasir İncəsənət Mərkəzində “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçirildi FOTO

13 sentyabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçirildi. YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, xalq artisti Şamil Süleymanlı, aktrisa Ülviyyə Rza tamaşaçıların filmlə bağlı suallarını cavablandırdılar.

 

Qeyd edək ki, “Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

 

“Onun atası” filminin quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza canlandırırlar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !