Bölgələrdə 15 sentyabr– Bilik günü münasibətilə tədbirlər keçirilib - FOTO

Bölgələrdə 15 sentyabr–“Bilik günü” münasibətilə tədbirlər keçirilib FOTO

Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusu istifadəyə verilib



Sentyabrın 15-də Lənkəran Dövlət Universitetinin (LDU) 2 saylı tədris korpusunun əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbiri universitetin rektoru vəzifəsini icra edən Natiq İbrahimov açaraq, yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara yeni-yeni təhsil uğurları arzulayıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.
Sonra qonaqlar universitetin yeni tədris korpusunun müasir avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri və laboratoriyaları ilə tanış olub.
Tədbir konsert proqramı ilə davam etdirilib.



* * *



İsmayıllı rayonunda “Bilik günü”nə həsr edilmiş tədbir

İsmayıllı rayon İvanovka kənd Heydər Əliyev adına tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Kulik Valentin, müəllimlər və şagirdlər iştirak edib.
Tədbirdən öncə qonaqlar ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Təhsil nazirinin müavini Firudin Qurbanov müəllim və şagirdləri təbrik edib, təhsil sahəsində aparılan islahatlarla bağlı ətraflı məlumat verib.
Tədbirin sonunda I və XI sinif şagirdləri bədii kompozisiya ilə çıxış ediblər.
Sonda qonaqlar məktəblə tanış olub, sinif otaqlarında şagird və müəllimlərlə görüşüblər.



* * *



Balakəndə İnteqrasiya təlimli internat tipli gimnaziya əsaslı təmir olunub



Balakən rayonunda Təhsil Nazirliyinin İnteqrasiya təlimli internat tipli gimnaziyası əsaslı təmirdən sonra istifadəyə verilib.
Gimnaziyanın açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, müəllimlər, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edənlər müəllim və şagird kollektivini yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə təbrik edib, son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələr barədə danışıblar.
Daha sonra mərasim iştirakçıları gimnaziyada yaradılmiş şəraitlə tanış olublar.
Təhsil Nazirliyi tərəfindən ən müasir avadanlıqlarla təchiz olunan gimnaziyanın tədris və yataqxana korpusları, yeməkxana və yardımçı binaları əsaslı təmir edilib.
Gimnaziyada kimya, biologiya, fizika və informatika kabinetləri, müasir laboratoriya yaradılıb. Bina İKT avadanlıqları ilə təmin edilib.
Gimnaziyada 16 nəfər gənc müəllimin yaşayışı üçün şərait yaradılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !