Mingəçevir Turizm Kollecində Bilik Günü münasibəti ilə tədbir keçirildi - FOTO

Mingəçevir Turizm Kollecində Bilik Günü münasibəti ilə tədbir keçirildi FOTO

2016-cı ilin 15 sentyabr tarixində yeni dərs ilinin başlanması və Bilik günü münasibəti ilə Mingəçevir Turizm Kollecində tədbir keçirildi.

 

Tədbirdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov təhsilin inkişafı naminə dövlət səviyyəsində atılan məqsədyönlü addımlardan və tətbiq olunan yeniliklərdən söhbət açdı. Həmçinin, turizmin qeyri neft sektorunun ən perspektivli sahələrindən biri hesab edildiyini və bu sahədə kadrların yetişdirilməsində Mingəçevir Turizm Kollecinin rolunu xüsusi qeyd etdi. Tədbir pedaqoji heyətin çıxışları ilə davam etdi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !