İran sənətçiləri Lənkəran teatrında olublar - FOTO

İran sənətçiləri Lənkəran teatrında olublar FOTO

II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının “Neğab” teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar. Teatrın sexləri, burada yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib. Görüş zamanı iranlı sənətçilərə Lənkəran teatrının yaradıcılıq fəaliyyəti, son illər əldə etdiyi uğurlar barədə məlumat verilib.

“Neğab” teatrının rejissoru Xeyrullah Təğiyənipur isə öz növbəsində II Şəki Beynəlxalq Teatr Festivalı barəsində təəssüratlarını dilə gətirərək, Azərbaycanda beynəlxalq səviyyədə belə bir sənət yarışmasının keçirilməsinin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib.

Görüşün sonunda Lənkəran Dövlət Dram Teatrının təsis etdiyi “Mövsümün ən yaxşı quruluşçu rejissoru” nominasiyası üzrə diplom “İlan Sultan” tamaşasına görə iranlı rejissor Xeyrullah Təğiyənipura təqdim olunub. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !