Aktyorumuz növbəti festivala dəvət alıb... - FOTO

Aktyorumuz növbəti festivala dəvət alıb... FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru, IX Beynəlxalq Yay Teatr Məktəbinin müdavimi Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyorumuz Moskvada keçiriləcək “Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək.
Festival-məktəb oktyabr ayının 10-dən – 20-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq.
Festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan bu festival-məktəb Rusiya miqyasında vacib təhsil layihəsi kimi çıxış etməkdədir. “Территория” XI Beynəlxalq Müasir İncəsənət festivalı Moskva tamaşaçıları, görkəmli teatr xadimləri ilə yanaşı, yerli və xarici mətbuat orqanlarının da maraq dairəsini əhatə edir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir.
Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında isə Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !