Gəncliyimiz gələcəyimizdir mövzusunda toplantı keçirilmişdir -

“Gəncliyimiz gələcəyimizdir” mövzusunda toplantı keçirilmişdir

Bu gün 22 sentyabr 2016-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində Xətai rayon Gənclər və İdman İdarəsi, Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gəncliyimiz gələcəyimizdir” mövzusunda toplantı keçirilmişdir. Toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zaməddin Əkbərov və Jalə Abdıyeva, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədr müavini Yeganə Qurbanova, rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər iştirak etmişlər.

Tədbirdə çıxış edənlər dövlət gənclər və idman siyasəti və bu sahədə görülmüş işlər, əldə olunmuş uğurlardan danışdılar. Qeyd etdilər ki, dövlət gənclər siyasəti həmişə müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuş, bu gün də bu diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı imzaladığı bir sıra sərəncamlar, dövlət proqramlarının hazırlanması üçün işçi qruplarının yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısının bariz sübutudur.

Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin, Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük önəm verdiyi sahədir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın da gənclərimiz üçün gördüyü işlər danılmazdır.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Vurğulandı ki, Xətai rayonu gəncləri də həmişə onlara olan dövlət qayğısının sayəsində yeni-yeni uğurlara imza atır. Belə ki, hər il olduğu kimi 2015-2016-cı tədris ilində də rayon məktəblərinin məzunları ali məktəblərə qəbul üzrə yüksək nailiyyətlər göstərmişdir. Üç nəfər məzunumuz qızıl medala, 8 tələbəmiz Prezident təqaüdünə layiq görülmüşdür. 41 nəfər 650 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanmış məzunlar rayon İcra Hakimiyyəti tərəfindən rəğbətləndirilmiş, onlara fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.

Çıxış edənlər həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini və konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu xüsusi olaraq vurğuladılar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !