Şən və Hazırcavablar Klubu Liqası yarımfinalının qalibləri müəyyən olunub - FOTO

Şən və Hazırcavablar Klubu Liqası yarımfinalının qalibləri müəyyən olunub FOTO

Sentyabrın 22-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan regional liqasının yarımfinalı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, yumoristik yarışmada doqquz, o cümlədən Gürcüstan və Şimali Osetiyadan olan komandalar iştirak ediblər.

 

Turnirin nəticələrinə əsasən Kiçik Kuboku “Azneft” komandası, Orta Kuboku Gürcüstanın “Gənclər” komandası və “Baku FM” komandası qazanıb. Böyük Kubokun qalibi "SOQUL" (Şimali Osetiya) komandası olub.

 

Qalib komandalara kubokları Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov və “Kim? Harada? Nə vaxt?” teleoyununun Azərbaycandakı baş prodüseri Balaş Qasımov təqdim ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !