Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək - FOTO

Gənc Tamaşaçılar Teatrı həftəsonu maraqlı tamaşalar təqdim edəcək FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu sentyabr ayının 24-25-də həm kiçik yaşlı tamaşaçıları, həm də böyüklər üçün bir-birindən maraqlı tamaşalar təqdim edəcək.

 

ördək balası”, axşam saat 19.00-da K.Qoldoninin “Mehmanxana sahibəsi” komediyası tamaşaçıların ixtiyarına veriləcək.

 

Görkəmli Danimarka yazarı Hans Kristian Andersenin “Çirkin ördək balası” nağılı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Zaur Rəşidov, baletmeysteri Nailə Məmmədzadədir.

 

Tamaşada əsas rolları Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Elşən Rüstəmov, Leyli Vəliyeva, Rasim Cəfərov, aktyorlar, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Günel Məmmədova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Eşqin Quliyev və başqaları ifa edəcəklər.

 

Maarifçilik ideyalarını öz dramaturgiyasının əsas hədəfinə çevirən Italyan dramaturqu Karlo Qaldoninin “Mehmanxana sahibəsi” əsasında hazırlanan eyniadlı tamaşaya Xalq Artisti Cənnət Səlimova quruluş verib.

 

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev, Rəşad Səfərov, Şəbnəm Hüseynova, Sevinc Mehrəliyeva və Eşqin Quliyev çıxış edəcəklər.

 

Sentyabr ayının 25-də saat 12.00-da A.Şaiqin “Danışan gəlincik”, axşam saat 19.00-da isə İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşaları nümayiş etdiriləcək.

 

Klassik Azərbaycan yazıçısı, əməkdar incəsənət xadimi Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” balaca tamaşaçılar üçün nəzərdə tutulub. Iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

 

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, İradə Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov və başqaları iştirak edəcəklər.

 

Görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan “Sarıköynəklə Valehin nağılı” tamaşasının quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

 

Səhnə əsərində əsas rolları aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova və başqaları ifa edəcəklər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !