Yevlaxda aşkar edilən eradan əvvəl II-I əsrlərə aid tapıntılar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib - FOTO

Yevlaxda aşkar edilən eradan əvvəl II-I əsrlərə aid tapıntılar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib FOTO

Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab – küpə, kasa, piyalə və sair, həmçinin tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkar edilib.

 

Aşkar edilən arxeoloji materialların bir hissəsi Yevlax-Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib.

 


Fotolar AZƏRTAC-ındır
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !