Lənkəranda yeni teatr mövsümü başlayıb - FOTO

Lənkəranda yeni teatr mövsümü başlayıb FOTO

Sentyabrın 24-də Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb. Bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev, aparıcı aktrisaları, xalq artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.

 

Bildirilib ki, bu il teatrın truppası Bəham Beyzayinin “İlan Sultan” tamaşası ilə qonşu İran İslam Respublikasının paytaxtında keçirilən Beynəlxalq teatr festivalında mükafata layiq görülüb. Kollektivin həmçinin may ayında iki tamaşa ilə Bakıda paytaxt tamaşaçıları qarşısında hesabat xarakterli çıxışı da maraq doğurub.

 

Hazırda teatrda “YUĞ” teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır. Paralel olaraq daha iki səhnə əsərinin – italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad” əsərləri üzərində də iş gedir. Cari mövsümdə teatrda həmçinin bir neçə uşaq əsərinə də müraciət olunacaq.

 

Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

 

Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri ifa ediblər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !