Opera və Balet Teatrında mövsümün ilk premyerası keçirilmişdir - FOTO

Opera və Balet Teatrında mövsümün ilk premyerası keçirilmişdir FOTO

Hər il Beynəlxalq Üz.Hacıbəyli musiqi festivalı çərçivəsində Opera və Balet Teatrında görkəmli dünya bəstəkarlarının yeni opera tamaşasının səhnəyə qoyulması artıq bir ənənə şəklini almışdır.

Bu il də ənənəsinə sadiq qalan Teatr VIII Beynəlxalq Üz.Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara sentyabrın 24-də Cüzeppe Verdinin “Bal-Maskarad” operasını təqdim etmişdir. Opera konsert ifasında səhnəyə qoyulmuşdur.

Böyük uğurla baş tutan tamaşada əsas partiyaları Belorusun Əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın Əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə babayeva, Səbinə Vahabzadə, habelə solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov ifa etmişlər.

Yeni quruluşun musiqi rəhbəri və dirijoru Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.