Cəlilabad Xalq Teatrının üzvləri Lənkəran Dövlət Dram Teatrının yaradıcılıq laboratoriyası ilə tanış olublar -

Cəlilabad Xalq Teatrının üzvləri Lənkəran Dövlət Dram Teatrının yaradıcılıq laboratoriyası ilə tanış olublar

Cəlilabad Rayon Xalq Teatrının üzvləri Lənkəran Dövlət Dram Teatrında olublar. Həvəskar artistlərə teatrın sexlərini gəzərək buradakı şəraitlə yaxından tanış olmaq, eyni zamanda professional truppanın məşqlərini izləmək imkanı yaradılıb. Lənkəran teatrının direktoru Tofiq Heydərov, əməkdar artist Təvəkkül Əliyev, aparıcı artistlərdən Əlibala Əsgərov və Emin Fərzullayev yaradıcı kollektivin iş təcrübəsi, planları barədə ətraflı məlumat verərək, onlar tərəfindən Cəlilabad Xalq Teatrının üzvlərinə bundan sonra da hər cür hamilik köməyi göstəriləcəyini vəd ediblər.

 

Sonda xalq teatrının üzvləri Lənkəran teatrının aktyorlarının ifasında Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşasına baxıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !