Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir -

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Hirkan qəsəbəsində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.
"Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularını əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib.
Tədbirdə həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !