Lənkəranda Kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkili mövzusunda seminar keçirildi - FOTO

Lənkəranda “Kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkili” mövzusunda seminar keçirildi FOTO

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Kənd təsərrüfatında yerli istehsalın səmərəli təşkili” mövzusunda seminarı Lənkəran rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə 29 sentyabr 2016-cı il tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin konfrans zalında reallaşdırmışdır.
Seminarda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarını təmsil edən 20 nəfər sahibkar, bələdiyyə nümayəndələri, Lənkəran şəhər İcra Hakimiyyətindən baş məsləhətçi Mikayıl Cəfərzadə, aidiyyatı qurumlardan İqtisadiyyat Nazirliyi Lənkəran regional bölməsinin müdir müavini Elvin Nəhmətli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi bölməsindən Ramin Quliyev, Arıçılar cəmiyyətinin sədri Arif Nəzirov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə, layihənin donoru və təşkilat haqqında, daha sonra layihə çərçivəsində cənub rayonlarında keçirilən silsilə tədbirlərin əhəmiyyətindən bəhs edərək görülən işlər haqqında qısa məlumatları iştirakçıların diqqətinə çatdırdı. Tədbirdə iştirak edən Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mikayıl Cəfərzadə çıxışında təşkilat tərəfindən həyata keçirilən layihənin əhəmiyyətindən və tədbirin sahibkarlara verəcəyi töhfədən qısa olaraq məlumat verdi.
İqtisadiyyat Nazirliyi Lənkəran regional bölməsinin müdir müavini Elvin Nəhmətli dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və dəstəkdən, sahibkarlara edilən güzəştlərdən söhbət açdı, iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Layihə üzrə ekspert Lənkəran Dövlət Universitetin dekanı, Kənd Təsərrüfatı Elmləri Doktoru Balayar Şahbazov tərəfindən isə Ekoloji təmiz məhsulun alınması üçün yerli istehsalın əsas şərt olması, yerli istehsalda proqramlaşdırlmış məhsula görə gübrə normalarının təyini, kənd təsərrüfatında torpaq iqlim şəraiti nəzərə alınmaqla istehsalın təşkilinin mühüm əhəmiyyət kəsb etməsi, yerli istehsalın təşkilində rayonlaşdırılmış sortlardan istifadənin mühüm amil olması barədə məlumatlar verildi. Seminarda mövzu ətrafında iştirakçılar arasında fəal müzakirələr aparıldı.
Arıçılar cəmiyyətinin sədri Arif Nəzirov arıçılıq sahəsində mövcud imkan və prespektivlərdən danışaraq seminarda iştirak edən sahibkarlarla sıx əlaqələrin qurulmasının əhəmiyyətini bildirdi və həmin sahibkarların cəmiyyətlə gələcək əməkdaşlığının qurulmasını, eləcə də bu sahədə onlara müvafiq dəstəyin göstərilməsi barədə təkliflər irəli sürdü.
Sahibkarlardan Əfqan Quliyev, Ələsgər Hüseynov, Zahir Babayev, Zümrüd Hüseynova və bələdiyyə nümayəndələrindən Telman Ağayev, Səbuhi Həsənov layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən, layihənin onlara verdiyi töhfədən, eləcə də hazırkı layihənin qeyri-neft sektorunun inkişafında sahibkarlığın stimullaşdırılması ilə yanaşı məşğulluq və işsizlik problemlərinin həllinə də öz müsbət təsirini göstərdiyini bildirərək belə layihələrin davamlı olmasını təklif etdilər.
Tədbir yekunlaşdıqdan sonra iştirakçılar arasından xüsusi ərizə forması ilə əvvəlcədən müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə yenicə başlayan 5 nəfərə arı pətəkləri, 8 nəfərə isə toxumluq buğda verildi.
Layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !