Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi -

Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir Turizm Kollecini ziyarət etdi

Bugün Avropa İttifaqının Əməkdaşlıq Şöbəsinin müdiri Yerun Villems başda olmaqla Azərbaycan Ofisinin geniş tərkibli nümayəndə heyəti Mingəçevir Turizm Kollecinin qonagı oldu.

 

Qarşılanma mərasimin ardınca Avropalı qonaqlar tərəfindən kollecin foyesində sərgilənən və tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi. Turizm Kollecinin direktoru Əyyub Əyyubov nümayəndə heyətinə tələbələrin iştirakı ilə vaxtaşırı təşkil olunan mədəni-kütləvi tədbirlər barədə ətraflı məlumat verdi.

 

Daha sonra qonaqlar ayrı-ayrı auditoriyalarla , informatika kabinetləri, linqafon otağı, elektron imtahan qəbulu otaqları, loboratoriyalar və fənn birliyi komissiyalarının fəaliyyət şəraiti ilə tanış olub, tədris prosesində iştirak etdilər. Tələbələrin təhsil prossesi və gələcək karyeraları ilə bağlı fikirləri öyrənildi. Gənclər Turizm Kollecində təhsil almağın onlara qürurverici duyğular yaşatdığını və perspektivlər vədd etdiyini qonaqların diqqətinə çatdırdı. Turizm Kollecinin direktoru Əyyub Əyyubov da öz növbəsində zaman- zaman təhsil müəssisəsinin mövcud durumu və gələcək lahiyələri barədə Avropalı qonaqlara əhatəli məlumatlar verdi.

 

Ardınca müəssisənin Heydər Əliyev idealoji kabinetində xüsusi slaydlar vasitəsilə Turizm Kollecinin yaranma tarixi, ixtisasları, maddi texnikası bazası, tədris prosesi, məzunları və beynəlxalq əlaqələri barədə nümayəndə heyətinə dolğun informasiyalar çatdırıldı.

 

Əyyub Əyyubov əlavə olaraq yeni tədris ilindən etibarən fəaliyyət göstərən mehmanxana-turist və sanatoriya-kurort komplekslərində iaşə və servis ixtisası haqqında danışdı və keçirilməsi nəzərdə tutulan yay elektron imtahan sessiyası barədə məlumat verərək adı çəkilən yeniliklərin önəmli hadisələr olduğunun bildirdi. Eyni zamanda tələbələrin tədris dönəmində nəzəri dərslərlə yanaşı təcrübi dərslərin də nüfuzlu otel, kurort- sanatoriya komplekslərində təşkil olunduğunu diqqətə çatdırdı. Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Yeron Villlems də fikirlərini paylaşaraq gördüklərindən və duyduqlarından məmnun qaldıqlarını ifadə etdi. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirildi.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !