Akademik Opera və Balet Teatrında Sevilya bərbəri operasının tamaşası keçiriləcəkdir -

Akademik Opera və Balet Teatrında “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir

Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin tamaşaçıların çox sevdiyi “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir.

 

Tamaşada əsas partiyalardan biri - Fiqaro partiyasını ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar artisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov dəvət olunmuşdur.

 

Digər əsas rollarda isə azərbaycanlı vokal ustaları - Xalq artisti Əli Əsgərov (Don Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (doktor Bartolo), Fərid Əliyev (qraf Almaviva), gənc solistlər Nina Makarova (Berta) və Tural Ağasıyev (Fiorello) çıxış edəcəklər.

 

Tamaşanı Dirijorların beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edəcəkdir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !