Московский комсомолец qəzetində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunub - FOTO

“Московский комсомолец” qəzetində Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə dərc olunub FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən “Moskovskiy komsomoleç” (Московский комсомолец) qəzetinin 30 sentyabr buraxılışında ölkəmizin turizm imkanlarından bəhs edən geniş məqalə dərc edilmişdir.

 

“Odlar ölkəsi – Şərqlə Qərbin görüşdüyü məkan” başlığı ilə dərc edilən yazının müəllifi Camiliya Qolubiçkaya Azərbaycanın turizm potensialını məharətlə işıqlandıra bilmişdir. “Müasir turizmdə Fransa və İtaliyanı qabaqlayan igid ölkə” yarımbaşlığı ilə müəllif ölkəmiz haqqında yazıya maraqlı bir girişlə başlayır: “ O hansı ölkədir ki, Rusiyadan oraya çox az yol qət etməklə birbaşa 11 iqlim, çimərlik, dağ turizmi, təbiət və SPA, qədim və tarixi məkanlar, etnoqrafik- təbii qoruqlar, lüks otellər və brend şopinq mərkəzləri ilə rastlaşmaq olar...? Bura nə İtaliya nə də Fransadır, bura daha yaxın bir ölkədir. O, ölkə ki, burada hamı rus dilini bilir, rusiyalı turistləri isə həmişə dost-doğmaları kimi qəbul edirlər. Bura Odlar diyarı və qonaqpərvər Azərbaycandır !

 

Məqalədə Azərbaycanın tarixi , memarlıq nümunələri, mədəni-maddi irsi haqqında geniş məlumat verilərək qeyd edilir ki, xoşməramlı və qonaqpərvər ölkə hər zaman öz milli ənənələri ilə seçilib. Multikultural dəyərləri özündə yaşadan Azərbaycan bütün dinlərə hörmətlə yanaşır və eyni zamanda ultramüasirliyi ilə seçilir. Buranın təbiəti, uca dağ silsilələri, zəngin neft yataqları, vulkanları, şəlalə və hələ də toxunulmamış qalan təbii ehtiyatları turistləri heyran edir. Odlar diyarının Qədim İpək Yolu üzərində yerləşməsi özündə bir çox mədəniyyətləri birləşdirməsinə şərait yaradıb. Hər bir insan burada öz marağına uyğun turizm marşrutu tapmaq imkanına malikdir. Belə ki, “Aleksandr Düma Qafqazda” turu, “ “Böyük İpək Yolu” turu, Atçılıq, Şərab, Xalçaçılıq, Kulinar və sairə.

 

Məqalədə paytaxt Bakının turizm imkanları, Gəncə, Şahdağ Turizm Mərkəzi, Qəbələ, Şəki və digər bölgələrin turizm mənzərəsi geniş şəkildə təhlil edilir, istirahət etmək üçün əlverişli tərəfləri incəliklə diqqətə çatdırılır. Heydər Əliyev Mərkəzi, İçərişəhər, Naftalan müalicəvi kurortu, Nizami məqbərəsi, Şahdağ Turizm Mərkəzinin dağ-xizək kurortları və həmçinin yay mövsümü ərzində turizm imkanları, Qusarın əsrarəngiz gözəlliyi rəssam fırçasının yaratdığı möcüzəli tablo şəklində oxuculara təsvir edilib. Bildirilir ki, Şahdağ Turizm Mərkəzi heç də Fransa və İtaliyanın Alp kurortundan geridə qalmır. Məqalədə həmçinin Naxçıvan, Quba, Qəbələ Musiqi festivalı, Lerik və digər bölgələr də geniş işıqlandırılıb. Sonda isə Azərbaycan mətbəxinin özəllikləri və gözəllikləri qeyd edilir və bildirilir ki, bütün bu ecazkar gözəllikləri gəlib görmək və dəyərləndirmək gərəkdir.

 

Məqalənin tam mətnini aşağıda qeyd olunan link vasitəsi ilə oxumaq olar:

 

http://www.mk.ru/editions/daily/2016/09/30/strana-ogney-poceluy-vostoka-s-zapadom.html 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !