Şəkidə Gözümün işığı, dilimin sözü adlı kitabın təqdimatı keçirildi - FOTO

Şəkidə “Gözümün işığı, dilimin sözü” adlı kitabın təqdimatı keçirildi FOTO

Şəki MKS–nin İ.S. Nakam adına mərkəzi kitabxanasında XX əsrin 30-90-cı illərində Şəkidə yaşayıb-yaratmış, görkəmli pedaqoq-maarifçi, şair-publisist Tofik Qaffarovun “Gözümün işığı, dilimin sözü” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbiri kitabın tərtibçisi və “ön söz”ünün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov açaraq ilk öncə iştirakçıları Tofik Qaffarovun məzmunlu və mənalı ömür yolunun ayrı-ayrı məqamlarını əks etdirən video çarxa baxmağa dəvət etdi. Kamil Adışirinovun XX əsr Şəki ədəbi – mədəni mühiti və bu mühitdə Tofik Qaffarovun yeri və rolu barədəki məlumat xarakterli çıxışından sonra kitab və onun müəllifi haqqında müzakirələrə başlandı.

 

Tədbirdə iştirak edən Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçiləri şair Mayis Səlim və Günəş Süleymanova, Şəki İpək İstehsalat Aşıd Səmdar Cəmiyyətinin Həmkarlar Komitəsinin sədri, uzun illər Tofik Qaffarovla ideoloji sahədə birgə çalışmış Sevil xanım İsmayılova, Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, alim – yazıçı, Şəki Regional Elmi Mərkəzinin direktoru, dosent Yusif Şükürlü, görkəmli şair Ramiz Orsər, qocaman şair-publisist Şahid Məmmədkərimov, şair Elşad Bayramoğlu, uzun illər Tofik Qffarovla pedaqoji sahədə birgə çalışmış Güllər xanım, vaxtilə Tofik Qaffarovun şagirdi olmuş istedadlı pedaqoq Təranə Qaffarova, Tofik Qaffarovun qardaşı qızı Aynur xanım Mustafayeva və digər iştirakçılar çıxış edərək Tofik Qaffarovla və kitabla bağlı xatirə və mülahizələrini söyləyərək kitabın tərtibçi Kamil Adışirinovun əməyini yüksək dəyərləndirərək kitabda verilmiş bədii örnəklərin gənc nəslin mənəvi tərbiyəsində oynayacağı rolu xüsusi vurğuladılar. ADPU – nun Şəki filialının filologiya fakültəsinin tələbələrinin və şəhər 7 və 10 saylı tam orta məktəblərinin şagirdlərinin bədii ifasında səsləndirilən Tofik Qaffarovun şeirləri iştirakçılar tərəfindən xüsusi hərarətlə qarşılandı. Tədbirin sonunda Tofik Qaffarovun övladları – oğlu Elçin Qaffarov və qızları Aybəniz və İlhamə Qaffarova atalarının xatirəsinin yad edilməsi və xüsusilə ağır zəhmət nəticəsində ərsəyə gətirilmiş əsərə görə tədqiqatçı və tərtibçi Kamil Adışirinova öz dərin minnətdarlığını bildirdilər. Kamil Adışirinov tədbiri yekunlaşdıraraq çoxsaylı iştirakçılar adından MKS – nun rəhbərliyinə tədbirin yüksək səviyyədə təşkili üçün şəraitə və təşəbbüsə görə təşəkkürünü bildirdi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !