Qusarda Multikultural dəyərlərimizi yaşadaq adlı tədbir keçirilmişdir -

Qusarda “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilmişdir

Qusar rayon Heydər Əliyev Mərkəzində 11 oktyabr 2016-cı il tarixində “Multikultural dəyərlərimizi yaşadaq” adlı tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri David İbramxəlilov açmış və “Multikulturalizm ili” çərçivəsində rayonda müxtəlif tədbirlərin həyata keçirildiyi qeyd etmişdir.

 

Rayon MKS-nın direktoru Zahir Mustafayev, tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova Azərbaycanda multikulturalizmin yaşam tərzi olduğunu qeyd etmiş və multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmasının vacib olduğunu bildirmişdir.

 

Tədbirdən sonra iştirakçılar yerli yazarların əsərlərindən ibarət sərgiyə baxış keçirmiş və Zəminə Bəkərovanın ev-muzeyi eksponatları düzülmüş “Keçmişdən bu günə”adlı guşə ilə tanış olmuşdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !