Əflatun Amaşov : - Milli Məclisin 14 oktyabr tarixli iclasında çıxışım

Əflatun Amaşov : Milli Məclisin 14 oktyabr tarixli iclasında çıxışım

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna dəyişikliklə bağlı danışmaq istəyirəm. Bu gün bu məsələ cox aktualdır. Biz müharibə şəraitində yaşayırıq. Belə bir durumda şəhid ailələrinin dövlətin bu və ya digər imtiyazlarından bəhrələnmələri vacibdir. Qanuna edilən dəyişiklik də buna xidmət edir.
Ancaq mən bir başqa məsələyə diqqətinizi çəkmək istərdim. Ötən ilin noyabrında Milli Ordumuzun giziri Fariz Novruzov şəhid oldu. Mən Saatlıda bu rayonun deputatı kimi onun dəfnində iştirak etdim. Valideynlərinin vəziyyəti ilə maraqlandım. Əlbəttə, dövlət qayğısı var. Ancaq vəziyyət belədir ki, şəhidə görə onun ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilir. Azərbaycanda elə şirkətlər var ki, işçisinin həyatını hətta 100 min manata qədər sığortalayır. Belə olan halda torpaqlarımızın qorunması uğrunda şəhid olan əsgər ailəsinə 11 min manat ödənilməsi təəssüf doğurur.
İstərdim ki, bu məsələyə ciddi şəkildə yanaşaq. Həmin məbləğin artırılmasını gündəmə gətirək... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !