Akademik Opera və Balet Teatrında Alan rəqs ansamblının konserti olacaq -

Akademik Opera və Balet Teatrında “Alan” rəqs ansamblının konserti olacaq

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının “Alan” rəqs ansamblının konserti olacaq.

 

Konsert proqramına müxtəlif illərin repertuarından ən yaxşı xoreoqrafik nömrələr daxil edilib. Ansamblın repertuarında təkcə osetin deyil, Qafqazın digər xalqlarının da rəqsləri yer alıb.

 

“Alan” ansamblının kollektivi fəaliyyətə başladığı vaxtdan dünyanın müxtəlif yerlərində Osetiya mədəniyyətini uğurla təmsil edib və öz sənətkarlığı ilə milyonlarla insanın qəlbinə yol tapıb.

 

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !