Sözsüz xüsusi mükafatla geri döndü... - FOTO

“Sözsüz” xüsusi mükafatla geri döndü... FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalında uğurla iştirak edərək Vətənə dönüb. Heyət Litvanın Vilnus və Visaginas şəhərlərində keçirilmiş “Atspindys” XI Beynəlxalq monotamaşalar festivalında ölkəmizi layiqincə təmsil edib.
Teatrın yaradıcı heyəti festivalda Semuel Bekketin “Sözsüz” mono-tamaşası ilə çıxış edib. Səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədov, ifaçı - Əməkdar Artist Şövqü Hüseynovdur.
Oktyabr ayının 11-dən – 17-dək davam edən festivalda gün ərzində 3 (sonuncu gün 4 tamaşa) tamaşa olmaqla 13 səhnə əsəri nümayiş etdirilib. Ölkəmizlə yanaşı festivalda Rusiya, Litva, Belarus, Ukrayna, İtaliya, Slovakiyanın bir sıra teatr kollektivlərinin tamaşaları göstərilib.
Tamaşamız ““Atspindys” XI Beynəlxalq monotamaşalar Festivalında iştiraka görə” diplomu ilə yanaşı, festivalın xüsusi diplomuna və prizinə layiq görülüb.
Dünyanın bir sıra aparıcı ölkələrinin iştirak etdiyi festivalda yeni yaradıcılıq əlaqələri qurulub. Tamaşamız haqqında Litvanın əsas mətbu orqanı olan “Sugardas” qəzetində reportaj hazırlanıb və yerli televiziya kanalları vasitəsilə yayımlanıb.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !