Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir -

Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Fidan Hacıyevanın iştirakı ilə Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Fidan Hacıyeva artıq 20 ildir ki, Opera və Balet Teatrının solistidir. Bu teatrın səhnəsində bir çox tamaşalarda əsas partiyalarda (Gülçöhrə, Asya ("Arşın mal alan" ), Gülüş ("Sevil"), Azuçena ("Trubadur"), Amneris ("Aida), Rozina ("Sevilya bərbəri") və s. Lakin "Karmen" operasının eyni adlı qəhrəmanının F.Hacıyevanın yaradıcılığında xüsusi yeri vardır. Təsadüfi deyildir ki, çox zaman onu "səhnəmizin Karmeni" adlandırırlar.

 

Operada digər əsas partiyaları Əməkdar artistlər Fərid Əliyev (Xoze), Cahangir Qurbanov (Eskamilyo, ilk dəfə), İnarə Babayeva (Mikaela) və b. ifa edəcəklər.

 

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !