Opera və Balet Teatrının solisti Moskvada keçiriləcək "SSRİ-də doğulmuşlar" adlı konsertdə iştirak edəcək -

Opera və Balet Teatrının solisti Moskvada keçiriləcək "SSRİ-də doğulmuşlar" adlı konsertdə iştirak edəcək

Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə "SSRİ-də doğulmuşlar" adlı konsert keçiriləcəkdir. Konsertdə digər müstəqil dövlətlər birliyi ölkələrinin mədəniyyət xadimləri ilə yanaşı Azərbaycanlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti, Prezident mükafatçısı Samir Cəfərov da iştirak edəcəkdir. S.Cəfərov tədbirdə Azərbaycanın dahi bəstəkarı Üz.Hacəbəylinin yaradıcılığına məxsus əsərlər ifa edəcəkdir.