Millət vəkili Qənirə Paşayeva "İlin millət vəkili - VII THE FİRST" mükafatına layiq görülüb - FOTO

Millət vəkili Qənirə Paşayeva "İlin millət vəkili - VII THE FİRST" mükafatına layiq görülüb FOTO

Millət vəkili Qənirə Paşayeva "İlin millət vəkili - VII THE FİRST" mükafatına layiq görülüb. Millət vəkili Qənirə Paşayeva qadın millət vəkili olaraq il ərzində nailiyyətlərinə görə "İlin millət vəkili - VII THE FİRST " beynəlxalq mükafatına layiq görülüb. "VII THE FİRST" mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafatlandırılanlar arasında olan millət vəkili Qənirə Paşayeva xanım millət vəkili olaraq il ərzində nailiyyətlərinə görə "İlin millət vəkili - VII THE FİRST" beynəlxalq mükafatına layiq görülüb. Mükafatın təqdimatı zamanı bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin tanınması, təbliği istiqamətində çalışır. Millət vəkili Qənirə Paşayeva mükafatı alan zaman ilk öncə bütün insanlarımızı Dövlətimizin Müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə təbrik edib, dövlətimizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələr barədə söhbət açıb. Tədbiri məhz belə bir gündə təşkil etdikləri üçün təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva "dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qardaş-bacılarımız, qazilərimiz və ölkəmizin inkişafı üçün müstəsna xidmətlər, fədakarlıqlar göstərmiş insanlar qarşısında baş əyərək sözlərimə başlamaq istəyirəm" deyib."Dövlətçiliyimiz üçün böyük işlər görmüş ümummimilli liderimiz Heydər Əliyevi rəhmətlə anırıq. Ölkəmiz üçün gözəl işlər görən cənab Prezidenti, Azərbaycan qadınlarını ən gözəl şəkildə təmsil edən Birinci Xanım Mehriban Əliyevanı, bütün xalqımızı bu bayram münasibəti ilə təbrik edirək onu söyləmək istəyirəm ki, dünyada müstəqil dövlətdən gözəl və önəmli heç nə ola bilməz. Və bütün insanlarımıza dövlətimizin daha da inkişafı istiqamətində fəaliyyətlərində uğurlar diləyirəm. Mən bu mükafatı bu gün mənim burada ola bilməyim üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, şəhid və qazi sinif yoldaşlarım və dostlarım adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm. Bu mükafatı qarşılarına çıxan çətinliklərə baxmayaraq ölkəmiz üçün çalışan və gözəl işlər görən əziz qadınlarımız adına alıram. Və buradan o atalara təşəkkür etmək istəyirəm ki, onlar qızlarının savadsız qalması üçün deyil, oxuması, savadlı olması, cəmiyyətdə rol oynaya bilməsi üçün hər zaman onların arxasında olur. Çünki cəmiyyətin inkişafı savadlı analardan, qadınlardan keçir. Buradan bir qadın olaraq bir mesajı da vermək istəyirəm. Biz hamımız birlikdə qadın və kişi olmağımızdan asılı olmayaraq bizi narahat edən qadına qarşı zorakılıq xəbərlərinə heç bir zaman biganə olmamalı və hər zaman qadına qarşı zorakılığa yox deyərək bu istiqamətdə daha çox çalışmalıyıq. Çünki bizim xalqımızın adət-ənənəsində hər zaman qadına, anaya sayğı olur və inanıram ki, bundan sonra da belə olacaq." Türkiyədən gələn qonaqları da salamlayan millət vəkili Q. Paşayeva Azərbaycanın ümummimilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" fikrini vurğulayıb və "hər iki qardaş ölkənin birliyinin daha da güclənəcəyinə hamımız inanırıq" deyib. Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı torpaqlarımızın azadlığı üçün çalışmalıdır. “Bilirəm ki, buradakı hər bir insanın arzusunu indi dilə gətirəcəm, İnşallah, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyui altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək. Mükafat alan bütün dostlara, iştirak edən bütün insanlarımıza və xalqımıza bunu diləyirəm”. Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına bu mükafata layiq görükləri üçün "təşəkkür edirəm, çalışacam ki, bu etimadı hər zaman doğruldum" deyib.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !