Regionlarda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılmışdır -

Regionlarda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılmışdır

Azərbaycan Respublikası Səhiyyə Naziri Oqtay Şirəliyevin 17.05.2016-cı il tarixli 34 saylı “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən Azərbaycan Respublikası regionlarında uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılmışdır.
Bölmələrin yaradılmasına məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir.

Hazırda psixi sağlamlıq xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Beləki, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvan şəhərlərində psixi sağlamlıq bölmələri yaradılmış, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən, həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar treninqlərə cəlb olunmuşlar.
Heydər Əliyev Fondunun dəstəyi ilə Pilot layihəsi çərçivəsində 2016-cı ilin yaz aylarında Lənkəranda çalışan mütəxəssislər üçün ARSN-nin Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları tərəfindən treninq aparılmışdır.
Cari ilin iyun-iyul aylarında Lənkəran, Sumqayıt və Gəncə şəhərlərinin mütəxəssisləri üçün Psixi Sağlamlıq Mərkəzində təşkil edilmiş treninq və təcrübə proqramında uşaq və yeniyetmələr üçün psixi sağlamlıq xidmətlərinin həyata keçirilməsi, yeni yanaşmalar və üsullara yiyələnməyi öyrəniblişdir.

Daha sonra Mingəçevir, Şəki, Quba və Şirvan şəhərləri üçün növbəti treninq keçirilmişdir ki, burda da autizm spektrli pozuntuları olan uşaqlara psixososial müdaxilələr, multidissiplinar komanda fəaliyyətinin təşkili, autizmli uşaqların ailələri ilə iş prinsipləri, uşaq və yeniyetmələrdə nitq və danışıq vərdişləri və s. mövzular interaktiv şəkildə müzakirə edilmişdir. Eyni zamanda treninq iştirakçıları nın Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri ilə bir yerdə işləyərək təcrübə qazanmaq imkanları olmuşdur.
Treninq nəticəsində iştirakçılar müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxil
ələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək və dəstəkləmək kimi xüsusiyyətlərə yiyələnəcəklər. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !