Şəmkir şəhərində uşaq musiqi, incəsənət və aşıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilmişdir -

Şəmkir şəhərində uşaq musiqi, incəsənət və aşıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilmişdir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam və aşıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə zonalar üzrə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçirilir. 2014-2016-cı illərdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Xaçmaz, Şəki və Şirvan şəhərlərində müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılmış, tədbirlərdə zonalar üzrə Bakı, Gəncə, Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Laçın, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin 7363 müəllimi iştirak etmişdir.

 

16 oktyabr 2016-cı il tarixində Şəmkir şəhərində Ağstafa, Gədəbəy, Göygöl, Qazax, Şəmkir, Tovuz rayon uşaq musiqi, incəsənət və aşıq məktəbləri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilmişdir. Tədbirdə 13 ixtisas üzrə 800-ə yaxın müəllim iştirak etmişdir.

 

2016/2017-ci tədris ili ərzində zonalar üzrə müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !