Bərdədə Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə mövzusunda konfrans keçirilib - FOTO

Bərdədə “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib FOTO

Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin birgə təşkilatçılığı ilə Bərdə rayonu Heydər Əliyev Mərkəzində “Terrorçuluğa və dini ekstremizmə qarşı mübarizə” mövzusunda konfrans keçirilib.Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi, Bərdə Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhərin təhsil və mədəniyyət işçiləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan DTX-nın Bərdə rayon şöbəsinin rəisi Məzahir Xəlilov dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlər barədə danışıb. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov “Dini ekstremizmə və dini radikalizmə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda çıxış edib. Rahib İbrahimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri və ekstremizmə qarşı apardığı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verib və dini icmaların bu sahədə müvafiq dövlət orqanları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
Konfransda Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, YAP-ın Bərdə rayon təşkilatının sədri Fərid Fərzəliyev mövzu ilə bağlı çıxışlar ediblər.
Çıxış edən natiqlər cəmiyyətin dini ekstremizmə qarşı mübarizə çərçivəsində maarifləndirilməsinin, ekstremizmə və terrorçuluğa qarşı mübarizədə rolunun artırılmasının əhəmiyyətindən bəhs ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !