Məktəblilər üçün Qala Dövlət Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olundu - FOTO

Məktəblilər üçün Qala Dövlət Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olundu FOTO

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən A.Hüseynzadə adına 20 saylı tam orta məktəbin 5 ç sinif şagirdləri üçün Qala Dövlət Etnoqrafiq Qoruğuna ekskursiya təşkil olundu.
Bu gəzinti nəticəsində şagirdlər Azərbaycan tarixi və mədəniyyətinə canlı səyahət etdilər. Ekskursiya zamanı şagirdlərə dünyanın və Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala kəndi və 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi haqqında məlumat verildi. Bildirildi ki, açıq səma altında olan bu muzeydə 200-dən çox arxeoloji və memarlıq abidələri – qəribə kurqanlar, qədim yaşayış məskənləri, minillik qəbirlər aşkar edilmişdir. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !