"Uşaq hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirilib -

"Uşaq hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirilib

Hər il olduğu kimi, bu il də "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 20 oktyabr - 20 noyabr tarixlərində ölkədə "Uşaq hüquqları aylığı" elan edilib.
Bununla əlaqədar olaraq oktyabrın 24-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhər 12 saylı tam orta məktəbdə "Uşaq hüquqlarının müdafiəsi" mövzusunda seminar keçirilib.
Seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, Uşaq Hüquqları Konvensiyası barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, ölkəmizdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbirlərin noyabrın 20-dək digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Uşaq hüquqları aylığı"nın keçirilməsində məqsəd uşaqlara, uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !