Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcəkdir -

Vergilər naziri Göygöldə vətəndaşları qəbul edəcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 28 oktyabr 2016-cı il tarixində vergilər naziri Fazil Məmmədov Göygöl rayonunda Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev Parkı, Hummel küçəsi, 3) Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

 

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaqdır.

 

Göygöl, Gəncə, Samux, Goranboy və Daşkəsən rayonlarından olan vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 12 saylı Ərazi Vergilər Departamenti İsayev Zülfüqar Məhərrəm oğlu, əlaqə telefonu (022-2664361), mobil (050-254-39-48), Yeni Gəncə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Süleymanov Elçin Məmməd oğlu, əlaqə telefonu: mobil (050-254-39-58) və Goranboy rayonu Vergi Ödəyicilərinə Xidmət Mərkəzi (əlaqələndirici şəxs: Hüseynov Şəhriyar Fikrət oğlu, əlaqə telefonu: mobil (050-254-39-60) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !