AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ SERBİYAYA SƏFƏR EDƏCƏK -

AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ SERBİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcəkdir.
Səfər müddətində Səməd Seyidovun Avropa Şurasının Serbiya ofisinin rəhbəri, ölkə rəhbərliyi, AŞ-yə üzv ölkələrin Serbiyadakı səfirləri, QHT-lərin təmsilçiləri, media nümayəndələri, Hakimlər və ictimai vəkillər Assosiasiyasının üzvləri, bu ölkənin AŞPA-dakı nümayəndə heyəti, parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının başçıları ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Keçiriləcək görüşlərdə Serbiyanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl olunması barədə fikir mübadiləsi aparılacaqdır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !