" YARAT " Müasir İncəsənət Mərkəzində Qırmızı bağ tammetrajlı bədii filminin nümayişi keçirildi -

" YARAT " Müasir İncəsənət Mərkəzində “Qırmızı bağ” tammetrajlı bədii filminin nümayişi keçirildi

25 oktyabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filminin nümayişi keçirildi. YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən Mirbala Səlimli, baş rolların ifaçıları Maqsud Məmmədov və Gülzar Qurbanova tamaşaçıların filmlə bağlı suallarını cavablandırdılar.

 

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınmışdır.

 

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

 

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

 

Qeyd edək ki, “Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına, Misirin 35-ci Qahirə Beynəlxalq Film Festivalına və Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. “Qırmızı bağ” həmçinin Bakıda keçirilən 7-ci Avropa Film Festivalında nümayiş etdiriləcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !